Medyanın məlumatına görə, Donald Tramp Vaşinqtonu Co Baydenin inauqurasiyası günü səhər tərk edəcək
Medyanın məlumatına görə, Donald Tramp Vaşinqtonu Co Baydenin inauqurasiyası günü səhər tərk edəcək

Amerika Birləşmiş Ştatlarının qüvvədə olan prezidenti Donald Tramp Vaşinqtonu Co Baydenin inauqurasiyası günü səhər tərk edəcək və həyatına Floridada davam edəcək.

Bu haqda məlumatı amerikan medyası yayır.

Bir neçə gün bundan əvvəl Donald Tramp bəyan etdi ki, ABŞ-ın gələcək prezidenti Co Baydenin inauqurasiyasında iştirak etməyəcək.

Baydenin inauqurasiyasında hazırda qüvvədə olan vitse-prezident Mayk Pens iştirak edəcək.

Yayılan məlumata görə, Donald Tramp vəda tədbirini Merilend ştatında Endryus aviabazasında keçirəcək və daha sonra Floridaya gedəcək.

ABŞ-ın yeni prezidentinin inauqurasiyası yanvarın 20-də keçiriləcək.