Medyanın məlumatına görə, Barak Obama, Bil Klinton və Corc Buş koronavirusa qarşı vaksinasiyayı tele-kameraların önündə keçirməyə hazırdılar
Medyanın məlumatına görə, Barak Obama, Bil Klinton və Corc Buş koronavirusa qarşı vaksinasiyayı tele-kameraların önündə keçirməyə hazırdılar

Medyanın məlumatına görə, Barak Obama, Bil Klinton və Corc Buş koronavirusa qarşı vaksinasiyayı tele-kameraların önündə keçirməyə hazırdılar.

Bu haqda məlumatı CNN yayır.

Teleşirkətin məlumatına görə, bu qərarı ABŞ-ın sabiq prezidentləri, vətəndaşları vaksinanın təhlükəsiz və faydalı olduğuna inandırmaq üçün verdilər.

Xatırladaq ki, ABŞ-da koronavirusa qarşı vaksinanın avtorizasiya prosesi gedir və dekabrın sonundan vətəndaşların vaksinasiyası başlayacaq.