Medyanın məlumatına görə, ABŞ iqtidarı Azərbaycana hərbi yardım göstərməyə davam edəcək
ABŞ prezidenti Co Baiden konqresə artıq bildirib ki, onun administrasiyası Azərbaycana hərbi yardım etməkdən imtina etməyəcək.
Bu haqda məlumatı amerikan medyası yayır.
Ümumiyyətlə, bu cür yardımdan imtina etmənin əsasını “Azadlığın dəstəklənməsi aktının” 907-ci hissəsi təqdim edir, hansı ki, 2002-ci ildən etibarən hər il yenidən müzakirə olunur.
Akta əsasən, rəsmi Vaşinqton Azərbaycana hərbi yardımı ancaq o zaman göstərir, əgər dövlət təsdiqləyə bilsə ki, bu yardım regionda Azərbaycan-Ermənistan münaqişəsinin kəskinləşməsinə yol açmayacaq.
Medya yazır ki, ABŞ-ın erməni ictimaiyyəti bu qərarı qınayır və bəyan edir ki, xüsusi ilə də Baiden tərəfindən “Erməni soyqırımının” elan edilməsi fonunda bu qərar yersizdir.
Rəsmi ABŞ bəyan edir ki, hərbi yardım Azərbaycan sərhədlərinin gücləndirilməsi və beynəlxalq terorizmlə mübarizə üçün zəruridir.