Medya ilə aviaqəzada hansı ölkələrin vətəndaşlarının həlak olduğu haqqında məlumat yayılır
Medya ilə aviaqəzada hansı ölkələrin vətəndaşlarının həlak olduğu haqqında məlumat yayılır

İranda, Tehran hava limanının yanında düşən təyyarənin aviaqəzası zamanı həlak olan sərnişinlərin hansı ölkələrin vərəndaşları olduqları barədə medyada fərqli versiyalar yayılır.

İran medyasının məlumatına görə, qəzada 147 İran vətəndaşı həla olub.

Ukrayna medyasının məlumatına görə isə, avialayner qəzası nəticəsində həlak olan 180 nəfərdən iki sərnişin  və ekipajdan 13 nəfər Ukrayna vətəndaşı idi. Həlak olanlar arasında 71 İran vətəndaşı, 73 Kanada vətəndaşı, 4 Almaniya vətəndaşı, Böyük Britaniyanın 3 vətəndaşı, 8 İsveçrə vətəndaşı və 6 Əfqanistan vətəndaşı var idi.

“Ukrayna aviaxəttlərinə” aid olan avialayner Tehran hava limanının yanından uçduqdan iki dəqiqə sonra düşdü və yanmağa başladı.