Tbilisidə müxtəlif media nümayəndələri Respublika meydanında aksiya keçirirlər. Onlar mediaya qarşı zorakılıq və hücum faktlarına etiraz edirlər. Respublika meydanına toplaşanlar zorakılıq faktlarının vaxtında araşdırılmasını tələb edirlər.
Onların əllərində nümayişləri işıqlandırarkən xəsarət alan media nümayəndələrinin fotoları var.
“Biz mitinqə həmkarlarımızı dəstəkləmək və bu gün media nümayəndələrinin çalışmalı olduğu inanılmaz vəhşiliyə etiraz etmək üçün gəldik və ən dəhşətli faktlardan birini dünən axşam canlı efirdə “TV Pirveli” teleşirkətin operatoru və jurnalistinə fiziki təzyiq göstərilib. Bütün faktların tez, obyektiv araşdırılması olmalıdır”. – mitinqdə jurnalist Xatuna Qaqnidze bildirib.
Konservatoriyanın yaxınlığında “TV Pirveli” televiziyasının çəkiliş heyəti canlı yayımda hücuma məruz qalıb. Canlı yayım zamanı maskalı şəxs çəkiliş qrupuna yaxınlaşaraq kameranı operatordan almaq istəyib, bu zaman maskalı şəxs də arxadan Maka Çixladzeyə yaxınlaşaraq onu yerə yıxıb, operatora fiziki təzyiq göstəriblər.
Faktla bağlı Xüsusi İstintaq Xidməti tərəfindən Cinayət Məcəlləsinin 154-cü maddəsinin ikinci hissəsi ilə araşdırmalara başlanılıb.