Medianın yaydığı məlumata əsasən, ABŞ hərbi gəmisi Qırmızı dənizdə ticarət gəmilərinə hücum edilməsindən sonra üç pilotsuz təyyarəni vurub
Medianın yaydığı məlumata əsasən, ABŞ hərbi gəmisi Qırmızı dənizdə ticarət gəmilərinə hücum edilməsindən sonra üç pilotsuz təyyarəni vurub.
Bundan əvvəl Pentaqonda Qırmızı dənizdə Amerika hərbi gəmiləri və bir neçə başqa ticarət gəmisinə hücum edildiyini açıqlamışdılar. Yəmənli husilər isə İsrailə bağlı gəmilərə hücum etdiklərini bildiriblər.
Daha sonra İsrailin Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari hadisəyə münasibət bildirib və hücuma məruz qalan gəmilərin İsraillə heç bir əlaqəsi olmadığını qeyd edib.