Medianın verdiyi məlumatda, Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı zavodu və neft bazasına hücum edildiyi deyilir
Medianın verdiyi məlumatda, Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı zavodu və neft bazasına hücum edildiyi deyilir

 
Medianın verdiyi məlumatda, Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı zavodu və neft bazasına hücum edildiyi deyilir.

Ukraynaya məxsus pilotsuz uçuş aparatları üçüncü dəfə Rostov vilayətində yerləşən Novoşatinski neft emalı zavoduna hücum həyata keçirib. Rostov vilayətinin qubernatorunun xəbər verdiyi üzrə, hücum nəticəsində yanğın baş verib və bu mərhələdə yanğın lokallaşdırılıb. “Telegram” kanallarında ərazidə əmələ gələn yanğını əks etdirən video yayılıb. İlkin məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.

Ukraynalılar son bir neçə ayda bu zavoda üçüncü dəfə hücum ediblər. Onlar əvvəlki hücumları mart və aprel aylarında həyata keçiriblər. Bundan əlavə, Belqorod vilayətinin qubernatoru bildirir ki, iyunun 5-də Ukraynaya məxsus pilotsuz uçuş aparatları Staroskolski vilayətinin ərazisində yerləşən neft bazasına hücum edib. Bu zərbə nəticəsində neft anbarlarından birində yanğın baş verib.

Məlumat üçün bildirək ki, Kiyev bu mərhələdə Rusiyanın neft obyektlərinə hücum etdiyini rəsmən təsdiqləməyib.