Medianın məlumatında, Kiyevə Rusiyanın raket hücumu nəticəsində qurbanların sayının on nəfərə çatdığı, azı 35 nəfərin yaralandığı deyilir
Medianın məlumatında, Kiyevə Rusiyanın raket hücumu nəticəsində qurbanların sayının on nəfərə çatdığı, azı 35 nəfərin yaralandığı deyilir

 
Ukraynanın paytaxtı Kiyevə Rusiyanın raket hücumu nəticəsində qurbanların sayı on nəfərə çatıb. Ukrayna mediası azı 35 nəfərin yaralanması haqda məlumat verir.

Raket hücumu nəticəsində paytaxtın 7 rayonunda dağıntılar qeydə alınıb və mülki infrastruktura ziyan dəyib. Uşaq xəstəxanasının binasına və yaşayış evinə ziyan dəyib. Bu vaxtadək dağıntılar altında qalan insanların çıxarılması üçün əməliyyat davam edir. Ukraynanın səhiyyə naziri Viktor Lyaşko, uşaq xəstəxanasının reanimasiya kabinetlərinin, əməliyyat və onkologiya şöbələrinin zərər gördüyünü bildirib.

Bu gün Rusiya Ukraynanın bir neçə şəhərinə 40 hipersəs raketi ilə hücum edib.