Medianın məlumatına görə, Vladimir Putinlə danışdıqdan sonra Emmanuel Makron hesab edir ki, "ən pis hələ irəlidədir"
Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə danışdıqdan sonra Putinin bütün Ukraynanı işğal etməyə çalışdığını və “ən pisin hələ irəlidə olduğunu” hesab edir. Bu barədə Ukrayna mətbuatı fransız mənbələrinə istinadən məlumat yayır.
Mövcud məlumatlara görə, Putin Makrona “nəzarəti ələ keçirmək məqsədilə” bütün ölkəyə hücumun davam etdirilməsi ilə bağlı daha geniş qərarı barədə məlumat verib.
Mətbuatın məlumatına görə, tərəflər arasında saat yarım davam edən telefon danışığı zamanı Rusiya prezidenti Makrona “Rusiya ordusunun əməliyyatı Moskvanın planı üzrə gedir”- deyə bildirib. Putinin sözlərinə görə, ukraynalılar onun şərtlərini qəbul etməsələr, vəziyyət gərginləşəcək.
“Prezident Makron prezident Putinin ona dediklərini nəzərə alaraq, ən pisini gözləyir” – deyə Yelisey sarayındakı mənbələr bildirib.
Bundan başqa, mətbuatın məlumatına görə, Putin müharibənin başlanğıcında da dediyi Ukraynanın “denasifikasiyasını”-nı planlaşdırdığını təsdiqləyib.
Mövcud məlumata görə, Putin Makronu Rusiyanın şərtləri ilə bağlı ətraflı məlumatlandırıb: “Ukrayna ərazisindən Rusiyaya heç vaxt təhlükənin olmaması üçün, bu ölkənin demilitarizasiyası və onun neytral statusu”.
Mətbuatın məlumatına görə, Putin Makrona həmçinin “Kiyevə raket hücumları ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını” da deyib.
Məlum olduğu kimi, Makron əvvəlcə Putinlə telefon danışığı aparıb, daha sonra isə Ukrayna lideri Volodimir Zelenskiyə zəng edib.