Medianın məlumatına görə, Ukrayna ABŞ-ın hərbi yardım paketinin ilk partiyasını artıq alıb, hərçənd, böyük bir hissəsi yaya qədər Ukraynaya gələ bilməyəcək
Medianın məlumatına görə, Ukrayna ABŞ-ın hərbi yardım paketinin ilk partiyasını artıq alıb, hərçənd, böyük bir hissəsi yaya qədər Ukraynaya gələ bilməyəcək

Ukrayna artıq ABŞ-ın hərbi yardım paketinin ilk partiyasını artıq alıb, hərçənd, böyük bir hissəsi yaya qədər Ukraynaya gələ bilməyəcək. Bu barədə “New York Times” yüksək rütbəli amerikalı məmurlara istinadən yazır.

Məlum olduğu kimi, Ukrayna aprelin 28-də ABŞ-dan tank əleyhinə raketləri, mərmiləri və 155 mm-lik artilleriya mərmilərini artıq alıb. Yardımın ikinci partiyası isə aprelin 29-da Ukraynaya çatıb.

Yüksək rütbəli amerikalı məmur “New York Times”a müsahibəsində bildirir ki, ABŞ-dan göndərilən silahların əksəriyyəti və hətta bəzi döyüş sursatı yayın ortalarına qədər Ukraynaya gələ bilməyəcək və bu tarix daha da təxirə salına bilər.

Nəşrin yazdığı üzrə, hərbi yardımın qalan hissəsinin Ukraynaya gec gəlməsinin səbəblərindən biri logistikadır. “New York Times”ın məlumatına əsasən, hərbi texnikanın ölçüsünə görə onların köçürülməsi çox vaxt bir neçə nəqliyyat növü ilə və sərt təhlükəsizlik şərtləri altında baş verir.