Medianın məlumatına görə, sentyabrın 7-də, gecə saatlarında Lamanş boğazını keçərək Böyük Britaniyaya 625 miqrant gəlib
Sentyabrın 7-də, gecə saatlarında Lamanş boğazını keçərək Böyük Britaniyaya 625 miqrant gəlib. Media ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayır.
“Sky News”un məlumatına görə, miqrantlar boğazı səkkiz qayıqla keçiblər.
Medianın məlumatına görə, qayıqlardan biri Portsmut şəhərinin yaxınlığına çatıb və orada immiqrasiya əleyhinə aksiyanın iştirakçıları ilə polislər arasında qarşıdurma baş verib. Məlum olduğu kimi, hadisə nəticəsində polis avtomobillərinə ziyan dəyib və polis əməkdaşları xəsarət alıblar. Baş vermiş hadisə ilə bağlı Böyük Britaniyada istintaq başladılıb.
Məlumat üçün bildirək ki, aksiya iştirakçıları Lamanş boğazı vasitəsilə Portsmut şəhərinə qayıqla 140 miqrantın gəlməsinə etiraz ediblər. Nümayişçilər yolları bağlayıblar. Hadisə yerinə polis qüvvələri cəlb olunmuşdu və onlar dəyənək və qalxanlarla daxilində miqrantların olduğu sərnişin avtobuslarını müdafiə edirdilər.