Medianın məlumatına görə, ruslar Kiyevdəki televiziya qülləsini vurublar
Ruslar Kiyevdə televiziya qülləsini vurublar. Rusiya Silahlı Qüvvələri paytaxtın “Doroqojiç” metrostansiyası yaxınlığındakı
televiziya qülləsinə raket zərbəsi endirib.
Hələlik həlak olan və xəsarət alanlar barədə məlumat yayılmır.
Ukrayna mətbuatının məlumatına görə, mərmi teleqüllənin yayım idarəetmə otağına düşüb. Mərmi düşməsi səbəbindən televiziya yayımında müvəqqəti problemlər mövcuddur.
Yaxın vaxtlarda ehtiyat yayımın qoşulması planlaşdırılır.