Medianın məlumatına görə, Rusiyanın Odessaya hücumu nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb, Zaporojyaya hücumda isə 8 nəfər ölüb, 48 nəfər yaralanıb
Rusiya Odessaya kütləvi hücuma keçdi. Hücum nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb, məktəb və fərdi evlərə ziyan dəyib, bir neçə yerdə yanğınlar başlayıb.
Medianın məlumatına görə, gecə saatlarında Xarkovda da partlayışlar olub. Rusiya qüvvələri idarə olunan hava bombaları ilə şəhərə hücum edib, nəticədə çoxmərtəbəli bina uçub, 25 nəfər yaralanıb.
Bundan başqa, Rusiyanın Zaporojyeyə hücumu nəticəsində yaralıların sayı 48-ə çatıb. Səkkiz nəfər həlak olub. Çoxmərtəbəli yaşayış binası, fərdi yaşayış evləri dağılıb, onkoloji xəstəxananın binasına ziyan dəyib.