Medianın məlumatına görə, Qəzzanın mərkəzində İsrail ordusunun hücumu nəticəsində azı 15 nəfər ölüb
Medianın məlumatına görə, Qəzzanın mərkəzində İsrail ordusunun hücumu nəticəsində azı 15 nəfər ölüb

Qəzzanın mərkəzi hissəsindəki Zavadiya bölgəsində İsrail ordusunun hücumu nəticəsində azı 15 nəfər həlak olub.

Yerli əhalinin sözlərinə görə, məcburi köçkün fələstinlilərin yaşadığı anbarın ərazisi bombalanıb. Əldə olan məlumata görə, ölənlər arasında 6 uşaq da var. Axtarış-xilasetmə əməliyyatı hələ də davam edir.

“Əl-Cəzirə”nin məlumatına görə, İsrail hərbi aviasiyasının Nuseyrat köçkün düşərgəsini bombalaması nəticəsində azı 6 nəfər həlak olub. Ölənlər arasında uşaqlar da var.

Eyni zamanda, İsrail Müdafiə Qüvvələri ötən gün ərzində ərəb anklavında onlarla terrorçunun öldürüldüyünü açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Qəzza zolağında terrorçu qrupların istifadə etdiyi binalar və silah anbarları da daxil olmaqla 40-dan çox hədəf bombalanıb.