Medianın məlumatına görə, Macarıstan Avropa İttifaqının Saakaşvili işi ilə bağlı Gürcüstan hakimiyyətinə etiraz etmək təşəbbüsünü blokladı
Macarıstan Avropa İttifaqının Saakaşvili işi ilə bağlı Gürcüstan hakimiyyətinə etiraz etmək təşəbbüsünü blokladı.
Ukrayna mətbuatının Polşanın “RMF FM” radiosuna istinadən verdiyi məlumata görə, Polşa Saakaşvilinin xaricdə müalicə oluna bilməsi üçün onun həbs müddətini dayandırmaq təşəbbüsü ilə çıxış edirdi. Qeyd olunan təklif Avropa İttifaqının rəsmi Tbilisiyə ünvanlayacaqları diplomatik etirazında yer almalı idi.
Ötən həftə Polşanın baş naziri Mateuş Moravietski Avropa İttifaqı sammitində Polşanın Saakaşvilini müalicə üçün qəbul etməyə hazır olduğunu bildirmişdi. Polşanın təklifini Macarıstandan başqa hamı dəstəklədi. Avropa İttifaqı diplomatları indi çalışırlar Macarıstanı mövqeyini dəyişməyə inandırsınlar.