Medianın məlumatına görə, Co Bayden administrasiyası Rusiyanı dezinformasiya yayaraq 2024-cü il ABŞ-ın prezident seçkilərinə təsir etmək cəhdində ittiham etməyi planlaşdırır
Medianın məlumatına görə, Co Bayden administrasiyası Rusiyanı dezinformasiya yayaraq 2024-cü il ABŞ-ın prezident seçkilərinə təsir etmək cəhdində ittiham etməyi planlaşdırır

Co Bayden administrasiyası Rusiyanı dezinformasiya yaymaq üçün Kremlin nəzarətində olan media və digər platformalardan istifadə edərək 2024-cü il ABŞ prezident seçkilərinə təsir etmək cəhdində ittiham etməyi planlaşdırır. Bu barədə “CNN” altı mənbəyə istinadən yazır.

Televiziya şirkətinin məlumatına görə, ABŞ-ın Kremlin bu cəhdinə qarşı tədbirləri bu gün açıqlayacağı gözlənilir.

NBC News xəbər verir ki, sanksiyalar elan olunacaq.

Amerikalı yüksək vəzifəli məmurlar Rusiyanın dövlət televiziyası olan RT-ni Rusiya təbliğat kampaniyasının əsas elementi olaraq hesab edirlər. ABŞ hökumətinin adını çəkəcəyi gözlənilən digər şirkət isə “Sosial Dizayn Agentliyi”dir. Dezinformasiya yaymaq üçün saxta veb-səhifələr yaratdığına görə artıq ona sanksiyaya tətbiq edilib.

Sentyabrın 4-də baş prokuror Merrik Gerland FTB-nin direktoru Kristofer Reyin və yüksək səviyyəli hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirak edəcəyi Ədliyyə Departamentinin Seçki Təhlükələri üzrə İşçi Qrupunun iclasına sədrlik edəcək.