Medianın məlumatına görə, İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra, İran silahlı qüvvələrini tam hazırlıq vəziyyətinə salıb
İran silahlı qüvvələrini tam hazır vəziyyətə salıb. Buna səbəb İranın Suriyadakı konsulluğuna hücum olub. Bu barədə məlumatı “CBS” yayır.
“CBS”in məlumatına görə, ABŞ kəşfiyyatının İranın cavab hücumuna hazırlaşdığına dair məlumatı var, bu da dronlarladan və qanadlı raketlərdən istifadə etməklə hücum deməkdir.
Aprelin 1-də İsrail rejiminin hərbi təyyarələri İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə raket zərbəsi endirib, nəticədə 13 nəfər həlak olub.
Bununla yanaşı, aprelin 2-də İran hakimiyyəti hava hücumuna görə İsraili günahlandırıb və cavab tədbirləri görəcəyini vəd edib. İran prezidenti İbrahim Rəisinin sözlərinə görə, İsrailin Suriyadakı İran konsulluğuna hücumları cavabsız qalmayacaq.