Medianın məlumatına görə, Boris Conson “Daily Telegraph”ın baş redaktoru ola bilər
Medianın məlumatına görə, Boris Conson “Daily Telegraph”ın baş redaktoru ola bilər

Britaniyanın sabiq baş naziri Boris Conson Britaniyanın “Daily Telegraph” nəşrinin baş redaktoru ola bilər.

“Sky News”un yazdığına görə, Böyük Britaniyanın sabiq maliyyə naziri, mühafizəkar Nadim Zahavi “Telegraph” və “Spectator” nəşrlərini almaq imkanını nəzərdən keçirir. Zahavi “Telegraph”ın baş redaktoru vəzifəsinə Boris Consonu təyin etməyi planlaşdırır.

“Sky News”un qeyd etdiyi kimi, bu mövzu barədə söhbət Zahavi ilə potensial investorlar arasında aparılan danışıqlar zamanı baş tutdu.

Boris Consona yaxın olan mənbə “Sky News”a bildirib ki, Britaniyanın sabiq baş nazirinin “Telegraph”ın redaktoru təyin etmək ideyası mövcud idi, hərçənd, razılıq əldə olunmayıb.

Boris Conson “Telegraph”ın müxbiri kimi çalışırdı və Avropa İttifaqına qarşı tənqidi məqalələri ilə məşhur olub. Bundan sonra o, əvvəlcə Londonun meri, sonra isə İcmalar Palatasının üzvü olaraq seçilib.