Medianın məlumatına görə, Asiya ölkələri dünyada ən böyük ticarət blokunu yaratdılar
Medianın məlumatına görə, Asiya ölkələri dünyada ən böyük ticarət blokunu yaratdılar

Asiya ölkələri dünyada ən böyük ticarət blokunu yaratdılar. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Yeni ticarət bloku Asiyanın 15 ölkəsini birləşdirir – İndoneziya, Malayziya, Filippin, Vyetnam, Tayland, Myanmar, Laos, Kamboca, Bruney və Sinqapuru. Həmçinin Yaponiya, Çin, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanı.

Birləşmənin məqsədi bölgədə kənd təsərrüfatı məhsullarına tədbiq olunan tariflərin azaldılması olacaq.

Bölgə iqtisadi partnyorluq razılaşmasını Vyetnamın paytaxtı Hanoyda bu gün imzaladılar. “Reuters” agentliyinin yazdığın görə, bu razılaşmanın bölgədə Çinin təsirinin daha da gücləndirilməsinə və ABŞ-ın təsirinin azaldılmasına səbəb olması mümkündür.

Bölgə iqtisadi partnyorluq razılaşması ilk razılaşmadır ki, ÇİN, Yaponiya və Cənubi Koreya birlikdə iştirak edirlər.

Razılaşmanın ratifikasiyası növbəti iki il ərzində baş verəcək.