Medianın məlumatına görə, Almaniya Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrində ehtiyatda olan əsgərlərin sayını 60 min nəfərə çatdırmağı planlaşdırır
Medianın məlumatına görə, Almaniya Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrində ehtiyatda olan əsgərlərin sayını 60 min nəfərə çatdırmağı planlaşdırır

Almaniya Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrində ehtiyatda olan əsgərlərin sayını 60 min nəfərə çatdırmağı planlaşdırır. – Bu barədə Almaniya mətbuatı yazır.

Bundesverin baş müfəttişinin müavini general-leytenant Aleksandr Hopp bildirib ki, ehtiyat Soyuq Müharibə dövründə olduğu kimi təlim keçməli və silahlandırılmalı və həm kişilər, həm də qadınlar olmalıdır.

“Mən əminəm ki, biz ehtiyatı təhlükəsizlik siyasətinin cari çağırışlarına uyğunlaşdırmalıyıq ki, o, milli müdafiə və Şimali Atlantika Alyansının müdafiəsi ilə bağlı vəzifələrini yerinə yetirməkdə Bundesverə dəstək ola bilsin”, – Hop bildirib.

2023-cü ildə Bundesverdə təxminən 182.000 hərbçi və 34.000 ehtiyatda olan əsgər var idi.