Medianın məlumatına görə, ABŞ və İsraildən olan müzakirəçilər Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün yaxın günlərdə Dohada görüşəcəklər

10:07, 25.10.2024

ABŞ və İsraildən olan müzakirəçilər Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün yaxın günlərdə Dohada görüşəcəklər. Məlumatı “Reuters” yayıb.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən məlumata görə, Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea danışıqlarda iştirak etmək üçün bazar günü Dohaya gedəcək.

“Biz bu məqamdan istifadə variantlarını və prosesi irəli aparmaq üçün növbəti addımları müzakirə etdik.” Düşünürəm ki, yaxın bir neçə gün ərzində danışıqlarçılarımız görüşəcəklər”. – Qətərin baş naziri və xarici işlər naziri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Reuters”in yazdığı kimi, Misir “Həmas”la ayrı-ayrılıqda danışıqlar aparır və onlar bu danışıqların müsbət nəticə verəcəyinə ümid edirlər.

Oxşar