Medianın məlumatına görə, ABŞ-ın pilotsuz uçuş aparatı Kabil Aeroportu yaxınlığında güman edilən intiharçı terrorçunun avtomobilini bombaladı
ABŞ-ın pilotsuz uçuş aparatı Kabil Aeroportu yaxınlığında “İslam Dövlətinin” güman edilən intiharçı terrorçusunun avtomobilini bombaladı.
Məlumatı “BBC” yayır.
Medianın yazdığına görə, ABŞ hakimiyyətinin məlumatına görə, avtomobildə olan kişi Kabul Aeroportunda partlayış planlaşdırırdı.
Mülki tələfat barəsində məlumat yayılmır. ABŞ Müdafiə Nazirliyində bəyan edirlər ki, avia hücum nəticəsində baş verən daha bir partlayış, avtomobildə böyük miqdarda partlayıcı vasitənin olduğunu sübut edir.
“Taliban” tərəfindən yayılan məlumatla, ABŞ hava hücumunun hədəfi güman edilən intiharçı oldu, hansı da avtomobillə hərəkət edirdi. ABŞ hakimiyyətinin məlumatına görə, uğurlu avia hücum qaçınmaz təhlükəni aradan qaldırdı.