Medianın məlumatına əsasən, İsrail Müdafiə Qüvvələrinin İordan çayının qərb sahilindəki Nur Şəms bölgəsində həyata keçirdiyi reyd zamanı 14 fələstinli həlak olub
İsrail Müdafiə Qüvvələrinin İordan çayının qərb sahilindəki Nur Şəms bölgəsində keçirdiyi reyd zamanı gecə ərzində 14 fələstinli həlak olub. Məlumatı “Reuters” agentliyi yayır.
“Reuters” agentliyinin məlumatına əsasən, əraziyə 30-dan çox hərbi texnika səfərbər edilib, ikitərəfli atışma səsi də eşidilib.
Tulkərmin briqadaları ilə qarşıdurma baş verib. Fələstin Səhiyyə Təşkilatının məlumatına görə, ölənlərdən biri 16 yaşlı yeniyetmədir.
İsrail tərəfi qarşılıqlı atışma nəticəsində 4 əsgərin yaralandığını bildirir.