Medianın məlumatına əsasən, Ermənistanın Tavuş bölgəsinin Kirants kəndində sərhədçilərin qoruduğu daha üç sərhəd dirəyi quraşdırılıb
Medianın məlumatına əsasən, Ermənistanın Tavuş bölgəsinin Kirants kəndində sərhədçilərin qoruduğu daha üç sərhəd dirəyi quraşdırılıb

 
Ermənistanın Tavuş bölgəsinin Kirants kəndində sərhədçilərin qoruduğu daha üç sərhəd dirəyi quraşdırılıb. Erməni mediasının məlumatına əsasən, maskalı sərhədçilər silahlıdır. Kənd sakinləri sərhəd dirəklərinin gecə saatlarında gizli şəkildə quraşdırıldığını və Kirants sakinlərinə yaxınlaşmaq üçün icazə verilmədiyini deyirlər. Çayın yaxınlığında daha bir dirəyin ortaya çıxması haqda məlumat yayılır.

Kirants kəndinə gedən yol yenə də bağlıdır. Ermənistanın Milli Təhlükəsizlik Xidməti bir gün əvvəl Tavuş rayonunun Kirants kəndi ərazisində dövlət sərhədinin mühafizəsi üçün hazırlıqların aparıldığını açıqlamışdı. Təhlükəsizlik Xidməti dəqiq hansı hazırlıqların aparıldığını açıqlamır.