Medianın məlumatına əsasən, Benyamin Netanyahu və Donald Tramp telefon danışığı zamanı Qəzza sektorunda girovların azad edilməsi və atəşkəs razılaşması məsələlərini müzakirə ediblər
Medianın məlumatına əsasən, Benyamin Netanyahu və Donald Tramp telefon danışığı zamanı Qəzza sektorunda girovların azad edilməsi və atəşkəs razılaşması məsələlərini müzakirə ediblər

 
İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidentliyinə namizəd Donald Tramp arasında telefon danışığı baş tutub. Bu haqda məlumatı “Axios” yayır.

Medianın məlumatına əsasən, Qəzza sektorunda girovların azad edilməsi və atəşkəs razılaşması məsələlərinə toxunulub.
“Axios”un yazdığı kimi, Trampın söhbətinin məqsədi “Netanyahunu “HƏMAS”la sazişə razı olmağa sövq etmək” olub, lakin Trampın Netanyahuya məsələ ilə bağlı konkret nə dediyi bilinmir.

İsrailin Baş nazirinin ofisində Netanyahu ilə Tramp arasında telefon danışığının baş tutduğunu inkar etmirlər.

Xatırladaq ki, bu gün Qətərin paytaxtı Dohada Qəzzada girovların azad edilməsi və atəşkəslə bağlı danışıqlar keçiriləcək.