Media, Yoav Qalant və Lloyd Ostinin telefon danışığında regional təhlükələri müzakirə etdiklərini xəbər verir
Media, Yoav Qalant və Lloyd Ostinin telefon danışığında regional təhlükələri müzakirə etdiklərini xəbər verir

 
İsrailin müdafiə naziri Yoav Qalant ABŞ-ın müdafiə katibi Lloyd Ostinlə telefonla danışıb. Qalant və Ostin əməliyyat, eləcə də strateji məsələləri müzakirə ediblər. “The Times of Israel”in məlumatında, ötən həftələrdə həmkarların yeddi dəfə telefon danışığı apardığı deyilir.

“Qalant, İran və onun regional marionetlərindən qaynaqlanan təhlükə fonunda İsrailin Müdafiə Qüvvələrinin hazırlığı və imkanları haqda ətraflı danışıb” – İsrailin Müdafiə Nazirliyində bildirirlər.

Medianın məlumatında, İsrailin müdafiə nazirinin həmçinin girovların azad edilməsi haqqında razılığın əldə olunmasının zəruriliyindən danışdığı deyilir. O, Ostinə ABŞ-ın sədaqətinə görə təşəkkür edib.