Media, Viktor Orbanın sabah Moskvaya gedəcəyi haqda məlumat verir
Media, Viktor Orbanın sabah Moskvaya gedəcəyi haqda məlumat verir

 
Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfərindən bir neçə gün sonra sabah Moskvaya gedəcək. Ukrayna mediası məlumatı jurnalistlərə istinadən yayır.

Medianın məlumatında, onunla birlikdə Macarıstanın xarici işlər naziri Piter Siiartonun da Rusiyanın paytaxtına gedəcəyi deyilir.

Bununla yanaşı, Macarıstanın Baş nazirinin mətbuat xidmətinin rəhbəri Orbanın iyulun 5-də və 6-da Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşündə iştirak edəcəyini bildirib.

Sonuncu dəfə Macarıstanın Baş naziri Putinlə ötən ilin oktyabrında Çində görüşmüşdü.