Media: Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Samaradakı Kuybışev Neft Emalı Zavodu fəaliyyətini dayandırıb
Ukraine tərəfindən pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində Samara şəhərində yerləşən Rosneft-nə məxsus “Kuybışev” neft emalı zavodu fəaliyyətini dayandırıb. Bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin mənbəsinin bildirdiyinə görə, gündəlik 10 min ton neft emal edən hər iki ilkin emal qurğusu zədələnib.
“Reuters”in məlumatına əsasən, zavod pilotsuz uçuş aparatlarının hücumu səbəbindən aprelin 18-də də fəaliyyətini dayandırmışdı və həmin vaxtdan etibarən tam gücü ilə işləmirdi.