Media - Ukrayna qüvvələri Kursk vilayətinin Suci şəhərinin bir hissəsini ələ keçiriblər
Media - Ukrayna qüvvələri Kursk vilayətinin Suci şəhərinin bir hissəsini ələ keçiriblər

 
Ukrayna qüvvələri Kursk vilayətinin Suci şəhərinin bir hissəsini ələ keçiriblər.

Rusiya Müdafiə Nazirliyinə yaxın “Telegram”da bloqerlərin yazdığı kimi, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində irəliləyişi davam etdiriblər və Suci şəhərinin qərb hissəsini ələ keçiriblər.

Həmçinin, onların məlumatına əsasən, ukraynalılar şəhərə giriş yollarına nəzarət edirlər, Sucinin özündə isə mübarizə davam edir.

Həmçinin, bloqerlərin bir hissəsi Ukraynanın ehtiyat da göndərdiyi Korenevo yaxınlığında rus və ukraynalı hərbçilər arasında döyüşlərin getdiyini yazır.

Kursk vilayətinin hakimiyyəti ukraynalı hərbçilərin irəliləyişini şərh etmir.

Vilayətin qubernatoru Aleksey Smirnov Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin vilayət istiqamətində buraxılan 6 dronu və 7 raketi vurmağa müvəffəq olduğu haqda məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi isə Kursk və Belqorod vilayətlərində 16 pilotsuz uçuş aparatının məhv edildiyini xəbər verir.