Media tərəfindən nifrət nitqi və terrorizmə çağırışlardan ibarət verilişlərin yayılması ilə bağlı “Yayım haqqında” qanunda dəyişikliklərə başlanılacaq
Büronun sabahkı iclasında media tərəfindən nifrət nitqi və terrorizmə çağırışlardan ibarət verilişlərin yayılması ilə bağlı “Yayım haqqında” qanuna hazırlanan dəyişikliklərə təşəbbüs göstəriləcək.
Dəyişikliklərlə yayımçının özünütənzimləmə orqanının analoji pozuntu ilə bağlı qəbul etdiyi qərardan Rabitə Tənzimləmə Komissiyasına şikayət etmək mümkün olacaq.
Bundan əlavə, dəyişikliklərlə nifrət nitqinin və terrorizmə çağırışların yayılmasının qadağan edilməsi tələbini pozan yayımçılara ilk növbədə xəbərdarlıq ediləcəyi göstərilir. Bir il ərzində təkrar analoji pozuntuya yol verdikdə, 2500 laridən az olmamaq şərti ilə ötən ilki gəlirin 0,5%-i miqdarında cərimə olunacaqlar. Növbəti oxşar pozuntu halında cərimənin məbləği artacaq.
“Yayım haqqında” Qanunun 55/2-ci maddəsində media xidməti provayderinin proqramında və ya reklamında nifrət nitqinin və terrorizmə çağırışların yayılmasının qadağan edilməsi nəzərdə tutulur. Mövcud qanuna görə, qeyd olunan qadağanın pozulmasına yalnız media xidməti provayderinin özünütənzimləmə mexanizmi çərçivəsində cavab vermək olar.
Müəllif -
Mehemmed Bayramaliyev