Media, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı azı 1301 nəfərin həlak olması haqda məlumat verir
Media, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı azı 1301 nəfərin həlak olması haqda məlumat verir

 
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı isti havada sığınacaq olmadan uzun məsafəni qət edən ən azı 1301 nəfər həlak olub. Məlumatı “BBC” yayır.

Bu il Həcc ziyarəti zamanı havanın temperaturu 50 dərəcəni keçib. Medianın yazdığı kimi, həlak olanların dörddə üçündən çoxunun Həcc ziyarəti üçün rəsmi icazəsi olmayıb və onlar günəş şüaları altında hərəkət ediblər. Bununla yanaşı, həlak olanların bir hissəsi qocalar və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar olub.

“BBC”nin qeyd etdiyi kimi, Səudiyyə Ərəbistanını, kondisionerli çadırlar və rəsmi Həcc nəqliyyatı kimi obyektlərə çıxışı olmayan xüsusilə qeydiyyatsız zəvvarlara Həcc ziyarətini daha təhlükəsiz etmək üçün daha çox səy göstərmədiyinə görə tənqid edirlər.

İbadət üçün Məkkəyə getmək, yəni Həcc ziyarətini yerinə yetirmək müsəlmanların ən müqəddəs vəzifələrindəndir. Bu il Həcc ziyarətinə 1,8 milyona yaxın insan qatılıb.

Həcc ziyarətini yerinə yetirmək üçün icazələr ölkələr arasında kvota sistemi ilə bölünür və lotereya yolu ilə fiziki şəxslər arasında bölüşdürülür.

Misirin Baş naziri qeyri-qanuni zəvvarların Məkkəyə buraxılmasına icazə verən 16 turizm şirkətinin lisenziyasını ləğv edib. Həmçinin, İordaniyada müsəlman zəvvarların Məkkəyə qeyri-rəsmi səfərlərinə kömək edən bir neçə səyahət agentini saxladıqlarını açıqlayıblar. Saxlanılma halında, qeyri-rəsmi şəkildə olan şəxsləri həbs və deportasiya gözləyir.