Media nümayəndələrinə qarşı zorakılıqda ittiham olunan şəxsin vəkili - siz jurnalistlərin çox şeyi səhv saldığını sübut edəcəm
Videodakı şəxsin Temur Xarauli olmadığını hüquqi baxımdan sübut edəcəyik, – mətbuat nümayəndələrinə qarşı sözlü və fiziki təhqir səbəbi ilə həbs olunan Temur Xaraulinin vəkili Otar Xurtsidze jurnalistlərə müraciət edib.
Onun sözlərinə görə, Temur Xarauli jurnalistlərə qarşı zorakılıq törətməyib.
“Videodakı şəxsin Temur Xarauli olmadığını hüquqi baxımdan sübut edəcəyik.Siz mənimlə hüquqi baxımdan mübahisə aparırsınız. Məhkəmədə səhv etdiyinizi sübut edəcəyik, bundan sonra görəcəyik. Heç nədən utanmıram. Hüquq müdafiəçisiyəm, işin materialları ilə tanış oldum və çox şeyi səhv salırsınız ”-deyə vəkil bildirib.
İyulun 5-də Rustaveli prospektində mətbuat vasitələrinin nümayəndələrinə yönəlik həyata keçirilən fiziki zorakılıq və zorakılıq təhdidi ilə peşə fəaliyyətinə mane olma faktı ilə əlaqədar ittiham olunan 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Hakim Roman Xorava qərarı elan edərək prokurorluğun vəsatətini təmin etdi və qərarın Gürcüstan adına verdiyini qeyd etdi.