Mədənçilər Chiaturadan paytaxta keçəcəklərini və etirazlarını parlament qarşısında davam etdirəcəklərini bildirirlər
Mədənçilər Chiaturadan paytaxta keçəcəklərini və etirazlarını parlament qarşısında davam etdirəcəklərini bildirirlər

 

Tətil elan etmiş mədənçilər Chiaturadan paytaxta keçəcəklərini və etirazlarını parlament qarşısında davam etdirəcəklərini bildirirlər. Aksiyanın təşkilatçıları 50-yə yaxın mədənçinin qanunverici orqanın qarşısında aclıq aksiyasına başlayacağını bildirib.

“Şirkət tərəfindən maaşın beş faiz artırılması ilə bağlı verilən bəyanat bizim üçün qəbuledilməz və alçaldıcıdır. Bu səbəbdən etirazın bu formasına müraciət edirik”-deyə aksiya iştirakçılarından biri açıqlayıb.

Məlumat üçün bildirək ki, “Georgian Manganese” şirkətin köhnə iş qrafikinə qayıtmaq, əmək haqqını beş faiz artırmaq, audit yoxlaması aparmaq və birgə komissiya yaratmaq qərarını verdiyini açıqlayıb.