Mədəniyyət Nazirliyinin dəstəyi ilə? İncəsənət Sarayı əhəmiyyətli eksponatı qaytardı
Gürcüstanın Mədəniyyət, İdman və Gənclərlə iş üzrə Nazirliyinin dəstəyi ilə, Gürcüstan İncəsənət Sarayı – Mədəniyyət Tarixi Muzeyi fondlarının doldurulmasını davam etdirir, – bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda deyilir.
Elə onların məlumatına görə, bu dəfə, İncəsənət Sarayı qraf Oldenburqun kolleksiyasından Britaniyanın “Artsonline” şirkətinin rəsmini aldı. Bu “A Fair Reflection” adlı portretdir.
“Bu satın alma ilə, Gürcüstan bir neçə on il bundan əvvəl ölkədə çıxarılan əsəri qaytardı. Qiymətli rəsm Dadiani tərəfindən vaxtında Parisdən gətirilib və Anriya Dadianinin İncəsənət Sarayındakı kolleksiyasında saxlanılırdı (Andriya Dadiani 1903-cü ildə indiki İncəsənət Sarayının binasında yaşayırdı). Sovet işğalından sonra, gürcü zadəganları bir çox əşyaları ölkədən çıxarırdılar və ya dolanışığı üçün xaricə satırdılar. Rəsm Tiflisdən Kiyevə, oradan da Londona belə səyahət etdi. Əsər 2005-ci ildə Kristi Hərracında göründü, lakin onda Gürcüstan tərəfi onu ala bilmədi. Bu gündən portret İncəsənət Sarayında yerləşdirildi.
Əsər xüsusi və orijinaldır. Portreti 19-cu əsrin ustadı, fransız rəssamı Şarl-Lui Müller (1815-1892) çəkib. O, Müller de Paris ləqəbli məşhur portret rəssamı və dekoratoru idi. Əvvəlcə Parisdəki Təsviri Sənətlər Məktəbində, Baron Qrossun sinfində oxuyurdu, sonra Leon Cognieyə keçdi. Rəssam 1834-cü ildə Salon de France-da öz əsərlərini nümayiş etdirməyə başladı və 1892-ci ilə qədər ənənəyə saadiq qaldı. Onun Luvrun Salle des Etats dekorasiyaları xüsusilə qeyd olunasıdır. Müller daha sonra memar Hector Lefebvre ilə birlikdə III Napoleon üçün yeni Luvr üzərində işləyirdi”, – Mədəniyyət Nazirliyinin məlumatında deyilir.