Mədəni İrsin Qorunması üzrə Agentlik təbii fəlakət nəticəsində Alaverdi monastır kompleksinə dəymiş ziyanla bağlı bəyanat yayır
Mədəni İrsin Qorunması üzrə Agentlik təbii fəlakət nəticəsində Alaverdi monastır kompleksinə dəymiş ziyanla bağlı bəyanat yayır

 
Mədəni İrsin Qorunması üzrə Agentlik təbii fəlakət nəticəsində Alaverdi monastır kompleksinə dəymiş ziyanla bağlı bəyanat yayır.

Bəyanatda qeyd edildiyi kimi, Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyinin nümayəndələri Alaverdi monastır kompleksinin ərazisindədirlər və yaranmış vəziyyətlə tanış olurlar.

“Təbii fəlakət nəticəsində günbəzin qalay örtüyü uçub, məbədin cənub yamacındakı daş plitə örtüyü zərər görüb, məbədin qərb tərəfinin və günbəzin pəncərələri sınıb, zəngxananın qalay damı və yepiskop sarayının kirəmitli damı zərər görüb, sarayın eyvanı uçub, məbədin günbəzindən xaç düşüb və ətraf ərazinin infrastrukturuna ziyan dəyib.

Hazırda dəymiş ziyanın ağırlığı müəyyənləşdirilir və yaxın günlərdə yerli yeparxiya və onun idarəçisi Abba Alaverdili mitropolit David ilə birlikdə məbədə dəyən ziyanın aradan qaldırılması üçün tədbirlər planlaşdırılacaq” – bəyanatda qeyd olunub.

Axmeta Munisipalitetində bir neçə saat bundan əvvəl güclü tufan olub, nəticədə Alaverdi məbədi zərər görüb. Güclü külək avtomobillərə də ziyan vurub və ağaclar kökündən çıxıb.