Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentlik - Vardzia muzeyinin ətraf ərazisinə daşların tökülməsinə baxmayaraq abidə üçün təhlükə yaranmayıb
Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentlik Vardzia monastır kompleksi ilə bağlı açıqlama yayır.
İdarədən verilən məlumatda bildirilir ki, cari ilin oktyabrın 18-də səhər saatlarında Vardzia muzeyinin ətraf ərazisində, perimetrə giriş baryeri yaxınlığında, dağın yamacında daşlar (daşlar yuvarlanıb) düşməyə başlayıb.
Verilən məlumatda hadisə nəticəsində abidəyə təhlükə yaranmadığı deyilir.
“Qeyd edildiyi üzrə, bu muzeyin ətraf ərazisidir, mədəni irs abidəsindən – Vardzia monastır kompleksindən uzaq ərazidir” -deyə Mədəni İrs Milli Agentliyindən açıqlayırlar .