Mədəni İrsin Mühafizəsi Agentliyi - Agentliyin guya arxeoloji işlərə icazə verməməsi haqda məlumat yalandır, qüsursuz sənədləşmə cavabsız qalmır
Mədəni İrsin Mühafizəsi Agentliyi - Agentliyin guya arxeoloji işlərə icazə verməməsi haqda məlumat yalandır, qüsursuz sənədləşmə cavabsız qalmır

 
Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyin guya arxeoloji işlərə icazə verməməsi haqda televiziya ilə yayılan məlumat yalandır – bu haqda Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin bəyanatında deyilir.

Bəyanata əsasən, agentlik arxeologiyanın inkişafına maksimal olaraq kömək edir və təkcə 2023-2024-cü illərdə arxeoloji işlərin həyata keçirilməsi üçün verilmiş 90-dan çox icazə bunun bariz nümunəsidir.

“Həmçinin, qeyd edirik ki, arxeoloji tədqiqata icazə almaq üçün agentliyə təqdim olunan zəruri qüsursuz sənədləşmə heç vaxt cavabsız qalmır və əgər tələb qanunidirsə, icazə hər zaman verilir.

Məlumat üçün: Dmanisi Munisipalitetinin Kvemo Orozmani kəndində yerləşən və vətəndaş Qiorqi Bidzinaşvilinin arxeoloji işlər aparmaq istədiyi torpaq sahəsi dövlət tərəfindən Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinə istifadə hüququ ilə verilib və məhz agentlik orada arxeoloji işlərə başlamağı planlaşdırır.

Bununla yanaşı, Kvemo Orozmani kəndi ərazisində 2021-2022-ci illərdə arxeoloji tədqiqat və axtarış aparmaq üçün zəruri torpaq işlərinə başlamaq istiqamətində bir neçə icazə verilib, o cümlədən Qiorqi Bidzinaşvilinin özünün adına, 2023-cü ildə isə yuxarıda qeyd edilən ərazi dövlət tərəfindən istifadə hüququ ilə agentliyə verildikdən sonra, təşkilatın özü burada arxeoloji işlərin aparılmasını planlaşdırıb ki, bu da onun funksiya və səlahiyyətlərindən biridir” – deyə bəyanatda deyilir.