Medea Caniaşvili - İmereti 200 influenser və bloqerə ev sahibliyi edir, o bütün dünyada sosial medianın mərkəzindədir
Medea Caniaşvili - İmereti 200 influenser və bloqerə ev sahibliyi edir, o bütün dünyada sosial medianın mərkəzindədir

 

Turizm Milli Administrasiyasının rəhbəri vəzifəsinin icraçısı Medea Caniaşvili “GET LOST WIZZAIR” böyük miqyaslı layihəsinin İmeretiyə və bütün Gürcüstana turist axınının cəlb edilməsinə kömək edəcəyini bildirir.

O, İmeretinin bütün dünyada sosial medianın mərkəzində olduğunu bildirir.

“Bu, misli görünməmiş böyük miqyaslı layihədir. Bu gün İmereti 200 influenser və bloqerə ev sahibliyi edir. Onlar bölgəyə Abu-Dabidən təşrif buyurublar. Bundan irəli gələrək, bu gün İmereti bütün dünyada sosial medianın mərkəzindədir. Ümid edirik ki, onların sosial şəbəkələrdə hazırladıqları məzmun bu regionun beynəlxalq bazarda mövqeləşməsinə və məşhurlaşmasına vacib töhfə verəcək və təkcə İmereti deyil, bütün Gürcüstan daha çox turistə ev sahibliyi edəcək”-deyə Medea Caniaşvili bildirir.

Turizm Milli Administrasiyası tərəfindən verilən məlumatda bildirilir ki, məşhur böyük miqyaslı layihənin iştirakçılarına avqustun 26-28-də İmereti bölgəsi ev sahibliyi edəcək və Böyük Britaniya, İspaniya və Avstriyadan sonra Gürcüstan misilsiz və irimiqyaslı layihənin həyata keçiriləcəyi ilk ölkə olacaq.

“GET LOST WIZZAIR” – aviaşirkətin artıq özünü sübut etmiş layihəsidir. Layihə məlumat turunu nəzərdə tutur, iştirakçıların səyahətdən əvvəl gedəcəkləri yer barədə məlumatları olmur və layihənin qalib şəhərinə onların səfər etməsi sürprizdir.

Layihənin Gürcüstanda həyata keçirilməsi təşəbbüsü Gürcüstan avia bazarının lideri – Wizz Air aviaşirkətinə və onların törəmə şirkəti Wizz Air Abu Dhabi-yə məxsusdur. İmereti üzrə Dövlət Qəyyumunun Administrasiyası, Kutaisi Hava Limanının Operator Şirkəti – Gürcüstan Hava Limanları İttifaqı, Kutaisi meriyası, DMO İMERETI və Milli Turizm Administrasiyası layihənin təşkilatçılarıdır. Üç gün ərzində Kutaisi və İmereti bölgəsi dünyanın rəqəmsal mediasının diqqət mərkəzində olacaq. 30 milyondan çox insan İmereti və Gürcüstanın turizm potensialı ilə tanış olacaq ” – deyə Milli Turizm Administrasiyasının məlumatında qeyd olunub.