Medea Caniaşvili - hava limanlarının infrastrukturunun yaxşılaşdırılması və beş yeni istiqamətin əlavə edilməsi olduqca sevindirici haldır
Medea Caniaşvili - hava limanlarının infrastrukturunun yaxşılaşdırılması və beş yeni istiqamətin əlavə edilməsi olduqca sevindirici haldır

 

Hava limanlarının infrastrukturunun təkmilləşdirilməsi və beş yeni istiqamətin əlavə edilməsi olduqca sevindirici haldır -bu barədə Milli Turizm Administrasiyasının rəhbəri vəzifəsinin icraçısı Medea Caniaşvili Kutaisidən Avropa şəhərlərinə yeni reyslərin əlavə edilməsindən danışarkən açıqlayıb.

O, yeni reyslərin Avropadan Gürcüstana turist axınını artırmağa və yüksək xərcləmə qabiliyyəti olan səyahətçiləri cəlb etməyə kömək edəcəyini bildirib.

“Əsas məqsədimiz rəqabətqabiliyyətli, dayanıqlı turizm məhsulları və xidmətləri ilə mümkün qədər daha çox yüksək xərcləmə qabiliyyəti olan səyahətçiləri cəlb etməkdir. Avropa İttifaqı hədəf bazarlardan biridir. Hava limanının infrastrukturunun təkmilləşdirilməsi və Avropa ölkələrinə beş yeni istiqamətin əlavə edilməsi, həmçinin mövcud tezliklərin artırılması çox sevindirici haldır” -deyə Medea Caniaşvili açıqlayıb.

Milli Turizm Administrasiyasının rəhbəri vəzifəsinin icraçısı bildirib ki, gələn il yeni turizm yerlərinin və xidmətlərin yaradılması üzərində işlərin aparılması nəzərdə tutulur.

“Yüksək keyfiyyətli, Avropa standartlarına uyğun infrastruktur turizm resursumuzun düzgün formalaşdırılması və düzgün bazarlara çıxmaq potensialının əsas şərtidir ki, bu da avtomatik olaraq beynəlxalq bazarlardan daha çox gəlir əldə etməyə imkan verəcək” -deyə Medea Caniaşvili açıqlayıb.

Avropanın ən sürətlə inkişaf edən aviaşirkəti “Wizz Air” aviaşirkəti 2023-cü ilin iyun ayından Kutaisi Beynəlxalq Hava Limanına bazalaşdırılan üçüncü təyyarəni geri qaytaracaq və Avropanın beş şəhəri istiqamətində birbaşa müntəzəm reyslərə başlayacaq. Bunlara: Brüssel, Madrid, Frankfurt, Hamburq və Poznan daxildir.

Məlumatı Gürcüstanın Milli Turizm Administrasiyasının mətbuat xidməti yayır.