Medea Caniaşvili - Gürcüstan artıq beynəlxalq səfərlərin 80 faizini bərpa edib
Turizm Milli Administrasiyasının rəhbəri vəzifəsinin icraçısı Medea Caniaşvili ölkənin turizm baxımından kifayət qədər müsbət göstəricilərinin olduğunu bildirib.
O, Gürcüstanın pandemiyadan əvvəlki səfərlərin 80 faizini artıq bərpa etdiyini bildirib.
“İyul ayında müsbət nəticələrimiz var. Ümumi həcmdə turistik səfərlərin payının xeyli artması xüsusilə diqqətəlayiq haldır . Məsələn, 2019-cu ilin eyni dövrü ilə müqayisədə beynəlxalq səfərlərin payı 67 faiz, turistik səfərlərin payı isə 80 faiz bərpa olunub ki, bu da ölkəyə yüksək xərcləmə qabiliyyəti ilə seçilən ziyarətçilərin cəlb edilməsi ilə birbaşa bağlıdır. Bizim nəinki 2019-cu ilə yönəlik göstəriciləri bərpa etməyimiz, həm də eyni zamanda Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı, İsrail kimi müəyyən hədəf ölkələrdən artım əldə etməyimizi qeyd etmək xüsusilə sevindirici haldır, bu da bizdə ölkəyə gələn turistlərin sayını artırmaq və turizmdən ölkəmizə daha çox gəlir gətirmək üçün böyük nikbinlik yaradır. Avropaya gəlincə, Avropa ölkələri bizim ən vacib hədəf bazarlarımızdan biridir. Polşa və Almaniya xüsusilə fəallıq göstərir və bizdə bu istiqamətlərdə artım var. Bu ölkələrin ümumi gəlirdə payı kifayət qədər yüksəkdir. Çox güman ki, aktiv marketinq kampaniyalarımız fonunda Avropa daha da fəallaşacaq”-deyə Medea Caniaşvili açıqlayır.