Maykl Karpenter - Gürcüstan hökuməti məsələ öz əraziləri - Abxaziya və Sxinvali bölgələri ilə bağlı olunca böyük məsuliyyətlə hərəkət edir
ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenterin sözlərinə görə, ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
Maykl Karpenter Dövlət Departamentində keçirilən brifinqdə Gürcüstanda ikinci cəbhənin mümkün açılması ilə bağlı suala cavab olaraq, Gürcüstan hökumətinin məsələ öz əraziləri – Abxaziya və Sxinvali bölgələri ilə bağlı olunca böyük məsuliyyətlə hərəkət etdiyini bildirib.
“Gürcüstan hökumətinin məsələ öz əraziləri – Abxaziya və Sxinvali ilə bağlı olunca böyük məsuliyyətlə hərəkət etdiyi düşüncəsindəyik.
Biz əlbətdə Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Hazırda hamınızın bildiyi kimi, Gürcüstanda Avropa İttifaqının Monitorinq Missiyası fəaliyyət göstərir, ATƏT isə Abxaziya və Sxinvali bölgələrinin inzibati ayırıcı xəttlərində İnsidentlərin Prevensiyası və Reaksiya Mexanizmində iştirak edir. Biz vəziyyəti müşahidə etməyi davam etdiririk” -deyə Karpenter bildirib.
Maykl Karpenterin sözlərinə görə, ABŞ uzadılmış münaqişələri diqqətlə izləyir.
“Ötən həftə Dnestryanıda bir neçə səbəbi bilinməyən partlayış baş verdi və biz vəziyyəti diqqətlə izləməyə davam edirik. ATƏT-in mandatı Moldovada, Dnestryanı bölgədə və onun ətrafında təhlükəsizlik vəziyyətinin monitorinqini əhatə edir. Əlbəttə, biz həm də Qarabağ, Abxaziya və Cənubi Osetiyanı da izləyirik” – deyə Karpenter bildirib.