Mayk Pompeo bugün Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri ilə görüşəcək
Mayk Pompeo bugün Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri ilə görüşəcək

ABŞ-ın Dövlət Katibi Mayk Pompeo bugün Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri ilə görüş keçirəcək.

Yayılan məlumata görə, ilk danışıqlar Azərbaycanın Xarici İşlər Naziri ilə aparılacaq.

Mayk Pompeo və Ceyhun Bayramovun görüşü Tbilisi vaxtı ilə, saat 17:30-da keçiriləcək.

Ermənistanın baş naziri ilə görüş isə, 18:30-da keçiriləcək.

Görüşdən sonra, diplomatlar tərəfindən medyaya bir açıqlamanın  verilməsi planlaşdırılmayıb.

Paralel olaraq, rus medyası məlumat yayır ki, Vaşinqtona Dağlıq Qarabağ münaqişəsi üzrə işləyən ATƏT Minsk qrupunun həmsədri və Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov da gedib.

Dağlıq Qarabağda hərbi əməliyyatlar sentyabrın 27-dən arası kəsilmədən davam edir.

Moskvada iki dəfə nail olunan atəşkəs razılaşmasına baxmayaraq, müharibə davam edir.