Mayk Pompeo - Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını salamlayır və Dağlıq Qarabağ üçün humanitar yardım hazırlandığını elan edir
Mayk Pompeo - Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını salamlayır və Dağlıq Qarabağ üçün humanitar yardım hazırlandığını elan edir

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını salamlayır və Dağlıq Qarabağ üçün humanitar yardım hazırlandığını elan edir, – ABŞ-ın dövlət katibi Mayk Pompeonun bu barədə bəyanatını ABŞ-ın Gürcüstandaki səfirliyi yayır.

“Biz hər iki tərəfdən həlak olanların ailələrinə baş sağlığı diləyirik və onlara müraciət edirik ki, beynəlxlaq hüquqla nəzərdə tutulan öhdəliklərə hörmətlə yanaşsınlar.

Ermənistan və Azərbaycana müraciət edirik ki, bu münaqişənin stabil şəkildə həll edilməsi üçün, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əməkdaşlıq etsinlər. Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədri olaraq, bu prosesə tam şəkildə qoşulmuş olacaq.

Diplomatik qoşulmaya paralel olaraq, ABŞ münaqişə zonasındaki humanitar vəziyyətə yardım üçün 5 milyon dolar ayıracaq.

Bu maliyyələşdirilmə ilə, 2019-cu fiskal ildən sonra, Ermənistan və Azərbaycanda humanitar yardım 10 milyon dolları keçəcək.

Maliyyələşdirilmədən $3.9 milyon dollarlıq yardım COVID-19 pandemiyasında dəstək olaraq ayrılır.

ABŞ tərəfindən ayrılan yeni humanitar yardım isə, münaqişə zamanı zərər görən insanlara qida, qalacaq yer, tibbi və təcili tibbi yardım üçün nəzərdə tutulub.

ABŞ iqtidarının humanitar ekspertləri bu krizisinin təsirini öyrənməyə davam edirlər.

Partnyorlarımıza bu yardıma qatqıları üçün təşəkkür edirik və digər iqtidararı da dəstək aksiyasına qoşulmağa çağırırıq” – deyilir bəyanatda.