Mayk Pompeo bəyan edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər görən əhaliyə yardım edəcək
Mayk Pompeo bəyan edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər görən əhaliyə yardım edəcək

ABŞ Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər görən əhaliyə yardım edəcək.

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo sosiyal şəbəkə “Tvitterdə” yazıb.

ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistanı, münaqişənin stabil tənzimlənməsi üçün, ATƏT Minsk qrupunun həm-sədrləri ilə əməkdaşlığa çağırır.

“Humanitar faciə olanda, ona reaksiya göstərmək prosesində, ABŞ dünyada ilk başda durur. Bugün biz Dağlıq Qarabağda münaqişə zamanı zərər görən əhaliyə yardım edəcəyimiz barədə bəyanat verdik. Ermənistan və Azərbaycana müraciət edirik ki, bu münaqişənin stabil şəkildə həll edilməsi üçün, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əməkdaşlıq etsinlər” – yazır Mayk Pompeo.