Mayk Pens koronavirus vaksinasını canlı yayımda vurdurdu
Mayk Pens koronavirus vaksinasını canlı yayımda vurdurdu

Amerika BirləşmiŞ Şatatlarının vitse-prezidenti Mayk Pens koronavirus vaksinasının peyvəndini canlı yayımda vurdurdu.

Bu barədə məlumatı CNN yayır.

ABŞ-ın vitse-prezidenti və həyat yoldaşı Karen COVİD-19-a qarşı vaksinanın ilk dozasını kameraların önündə vurdular.

Vaksinanın gərəkən dozasını ABŞ-ın baş xirurqu Cerom Adams da vurdurdu.

Mayk Pens vaksinayı tibbi möcüzə adlandırdı.

Onun dediyinə görə, vaksinanın hazırlanıb, satılmasına ümumilikdə, 8-12 il lazımdır, ancaq ABŞ bunu bir ildən az müddətdə bacara bildi.