Mayk Conson - ABŞ Ukraynaya müharibəni istədiyi kimi aparmağa icazə verməlidir
Mayk Conson - ABŞ Ukraynaya müharibəni istədiyi kimi aparmağa icazə verməlidir

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson hesab edir ki, Amerika Birləşmiş Ştatları Ukraynaya müharibəni istədiyi kimi aparmağa icazə verməlidir.

Amerikanın Səsinin müxbiri Consona ABŞ-ın Ukraynaya Rusiya ərazisində Amerika silahlarından istifadə etməsinə icazə verib-verməyəcəyi ilə bağlı sual ünvanlayıb.

“Düşünürəm ki, biz Ukraynaya özü necə hesab edirsə müharibəni istədiyi kimi aparmağa icazə verməliyik. Ukraynalıların cavab zərbələri endirmək imkanı olmalıdır. “Düşünürəm ki, bu səyləri idarə etməyə çalışmağımız düzgün deyil”, – Conson bildirdi.