Mayın 23-də saat 20:00-dan 23:00-dək Azadlıq Meydanında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Mayın 26-na həsr olunmuş tədbirə hazırlıq işləri ilə əlaqədar olaraq mayın 23-də saat 20:00-dan 23:00-dək Azadlıq Meydanında nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Paytaxtın meriyasından verilmiş məlumata əsasən Kote Apxazi və Şalva Dadiani küçələrindən Azadlıq Meydanına avtomobillərin hərəkəti qadağan ediləcək.
“Kürün sağ və sol sahilindən Azadlıq Meydanına doğru hərəkət edən avtomobillər üçün Barataşvili körpüsü yaxınlığında yerləşən pandusa qədər, belə ki Aleksandr Puşkin küçəsinin başlanğıcına qədər yerdəyişmə mümkün olacaq. Nikoloz Barataşvili küçəsindən Şota Rustaveli prospekti istiqamətində hərəkət Tabukaşvili küçəsi vasitəsilə mümkün olacaq. Şota Rustaveli prospektində nəqliyyatın hərəkəti “Galleria” ticarət mərkəzinə və əks istiqamətdə mümkün olacaq. 350, 371 və 344 nömrəli avtobuslar və 547 nömrəli mikroavtobus Kote Apxazi küçəsi əvəzinə Qorqasali küçəsindən Avropa Meydanı istiqamətində hərəkət edəcək. Sonra sol sahil və Barataşvili körpüsündən keçməklə Barataşvili küçəsinə qoşulacaqlar. İctimai nəqliyyatın Melikişvili prospektindən Barataşvili küçəsinə doğru hərəkət edən hissəsi “Azadlıq Meydanı” metrostansiyasına qədər hərəkət edə biləcək, bundan sonra yenidən “Galleria” ticarət mərkəzinə qayıdacaq və Qiorqi Chanturia və Soliko Virsaladze adına küçələr və sağ sahildən istifadə etməklə Barataşvili küçəsinə qoşulacaq, sonra isə yola müəyyən edilmiş sxem üzrə davam edəcək”-deyə meriyanın məlumatında qeyd olunub.