Mayın 2-si gününün ikinci yarısından mayın 6-dək Gürcüstanda hava şəraiti pisləşəcək
Mayın 2-si gününün ikinci yarısından mayın 6-dək Gürcüstanda hava şəraiti pisləşəcək

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Gürcüstanda mayın 2-si günün ikinci yarısından mayın 6-dək hava şəraitinin pisləşəcəyi gözlənilir.

Sinoptiklərin məlumatına görə, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, şimşək çaxacağı zaman küləyin qısamüddətli güclənməsi gözlənilir.

“Gürcüstanın çaylarında gözlənilən güclü yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq zonalarda sürüşmə proseslərinin başlanmasına və aktivləşməsinə səbəb ola bilər”, – Milli Ətraf Mühit Agentliyi bildirir.