Ailənin müqəddəsliyi və valideynlərə hörmət günü ilə əlaqədar 2024-cü ilin mayın 17-si qeyri-iş günü olaraq müəyyən edilib- bu haqda Gürcüstan hökumətinin qanunvericilik carçısında artıq dərc olunmuş qərarında deyilir.
Sənəddə qeyd edilib ki, qərar Ümumi İnzibati Məcəllə ilə müəyyən edilmiş inzibati orqanlara şamil ediləcək, hərçənd qeyri-iş gününün, mayın 17-sinin ola bilsin şamil edilməyəcəyi fəaliyyətlər və məmurlar sadalanıb.
“Gürcüstanın üzvi qanununun “Gürcüstanın Əmək Məcəlləsi”nin 30-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, Gürcüstanın Ümumi İnzibati Məcəlləsi ilə müəyyən edilmiş inzibati orqanlarda (inzibati orqan) işlə təmin edilənlər üçün ailənin müqəddəsliyi və valideynlərə hörmət günü ilə əlaqədar 2024-cü ilin mayın 17-si qeyri-iş günü olaraq müəyyən edilsin.
İnzibati orqan tabeliyindəki/sisteminə daxil olan və funksiyalarının yerinə yetirilməsi dövlət hakimiyyətinin həyata keçirilməsi və cəmiyyətin normal fəaliyyəti üçün təxirəsalınmaz zərurət daşıyan və bundan irəli gələrək, qərarın şamil edilməyəcəyi xidmətləri/işçiləri müəyyən edəcək.
Bu qərar Gürcüstanın Milli Bankının nəzarətinə tabe olan şəxslər qarşısında yerinə yetirilməli olan maliyyə öhdəliklərinə şamil edilmir.
Bu qərar “Dövlət satınalmaları haqqında” Gürcüstan qanunu ilə nəzərdə tutulmuş dövlət satınalmaları ilə bağlı fəaliyyətlərə, o cümlədən eyni qanunun 3-cü maddəsinin birinci bəndinin “A.T” yarım bəndində nəzərdə tutulmuş satınalmalar və dövlət satınalmaları ilə əlaqəli davaların müzakirəsi şurasının fəaliyyətinə şamil edilmir”-deyə baş nazir İrakli Kobaxidzenin imzaladığı hökumətin 15 may tarixli qərarında deyilir.
Qərar dərc edildiyi andan etibarən qüvvəyə minib.