Mayın 13-dən Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq
Gürcüstan parlamenti sədrinin sərəncamına müvafiq olaraq, cari ilin mayın 13-dən onu ləğv edənə qədər Gürcüstan Parlamentinin Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq, ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılır, – bu barədə Gürcüstan parlamentinin bəyanatında deyilib.
Bəyanatda qeyd edildiyi üzrə, planlaşdırılan parlament tədbirlərinə, o cümlədən komitə və plenar iclaslara yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaq.
“Parlament tədbirləri başa çatana qədər hər bir yayımçıdan ikidən artıq akkreditə olunmuş televiziya yayımçıları qrupunun/telemedia vasitələrinin binaya buraxılmasına icazə verilməyəcək. Sözügedən tədbirin məqsədi Gürcüstan Parlament Sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir”, – məlumatda deyilib.